Elşən Məhərrəmov vəfat etdi

  Azərbaycanda vəzifəli şəxs vəfat edib.Referans.az  yeni sabaha istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri Elşən Məhərrəmov dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, Elşən Kamal oğlu Məhərrəmov 1966-cı ildə Bakıda doğulub. O, 1983-cü ildə  Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub. 2011-ci ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri vəzifəsində çalışıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki