Ərdoğandan Kipr açıqlaması: “Heç vaxt tək qoymayacağıq”

  Milli mübarizəmiz olan Kipri ​​heç vaxt tək qoymayacağıq.

Referans.az  xəbər verir ki, bu barədəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) qurulmasının 42-ci ildönümü münasibətilə X hesabında etdiyi paylaşımda bildirib.

“Sizi Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 42-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qəhrəman şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə can sağlığı arzulayıram. Kiprin türk xalqı ilə həmrəyliyimizi hər sahədə gücləndirməyə davam edəcəyik”, – Ərdoğan qeyd edib./Axar.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki