"İri Şəhərlərin Su Təchizatı" Qapalı Səhmdar Cəmiyyəti bu gün Ceyranbatan su anbarında meyitin tapılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.
Qurumdan Referans Media-ya verilən məlumata görə, Ceyranbatan Su Təchizatı İdarəsində su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib.
"Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib", - deyə səhmdar cəmiyyətindən məlumat verilib.
