Bakının mərkəzində piyadanı maşın vurdu

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, hadisə Əhməd Cavad küçəsində, Mirzə Fətəli Axundov adına parkın qarşısında qeydə alınıb.

İlkin məlumata görə, 40 yaşlarında olan piyadanı "Nissan" markalı avtomobil vurub. Hadisə nəticəsində xəsarət alan şəxsin vəziyyəti və xəstəxanaya aparılıb-aparılmadığı barədə hələlik məlumat yoxdur.

Qəzanın başvermə səbəbləri araşdırılır.(milli.az)

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki