Füzulidə polis əməliyyatı: saxlanılanlar var

Füzulidə 8 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkarlanıb.

Referans Media DİN-ə istinadən xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan 39 yaşlı Vüqar Məmmədov saxlanılıb.

Həmin şəxsdən 8 kiloqram marixuana və 3000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki