Gədəbəydə dağlıq ərazidə yanğın baş verdi

Gədəbəy rayonunun Şahdağ kəndində bələdiyyəyə aid dağlıq ərazidə 60 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Referans MEDİA-ya bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki