Gəncədə avtomobillər toqquşdu – Xəsarət alanlar var

  Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.

Referans Report-a istinadən xəbər verir ki, yol qəzası şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü A. Nəsibova, 1984-cü il təvəllüdlü P. Nəsibov və 1984-cü il təvəllüdlü V. Məmmədov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki