image-1777179639_1706169913_2022-09-20-123974-6335807backend

Gəncədə çay evində dava: 2 gənc bıçaqlandı

Gəncədə çay evində baş verən mübahisə qanla bitib.

Referans Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən çay evlərindən birində qeydə alınıb.

Dava zamanı Gəncə sakinləri, 2005-ci il təvəllüdlü Adil Kazımov və onun həmyaşıdı İ.İbrahimov bıçaq xəsarətləri alıblar. Hər iki gənc bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Yaralılara ilkin tibbi yardım göstərilib. Onların vəziyyətlərinin stabil olduğu bildirilir.

İlkin ehtimala görə, mübahisə zamanı 21 yaşlı iki gənc bir-birinə xəsarət yetirib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki