Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






















