General Rasim Əliyev vəfat etdi

  Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.

Referans.az qafqazinfo.az-a istinadən xəbər verir ki, general bu gün səhər qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra təqaüdə göndərilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki