Xalq artisti Nazpəri Dostəliyeva sərgi keçirəcək.
Referans Media xəbər verir ki, müğənni geyimlərini nümayişə çıxaracaq. Bu haqda Dostəliyeva “Qonaqcanlı” proqramında deyib. O bildirib ki, illərdir konsertlərində, kliplərində geyindiyi paltarları satacaq:
“Hansı konsertdə hansı geyimlərim olub hərraca çıxaracağam. Bu, mənim sirrim idi. Yaxın günlərdə satışa çıxaracağıq. Bir, iki deyil, nə qədərdir. 1996-cı ildə “Nə olur Allahım” klipimdən geyimlər saxlanılır, eksklüzividr, ikinci tayı yoxdur. Hamısı sərgidə nümayiş olunacaq, ardından satılacaq”.\axşam.az






















