image-qeza-1-1-900x498-1backend

Goranboyda ağır qəza: avtomobil mal-qaraya çırpıldı

Goranboyda yol qəzası 3 nəfərin xəsarəti ilə nəticələnib.

Referans Media  xəbər verir ki , hadisə rayonun Ağcakənd yolunda olub.

Bildirilir ki, 1998-ci təvəllüdlü Fərid Əliyevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili hərəkətdə olarkən yol kənarında gedən mal-qaraya çırpılıb.

Qəza zamanı sürücü və avtomobildə olan iki sərnişin müxtəlif bədən xəsarətləti ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir./Bizim.Media

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki