Goranboyda mina partladı

  Goranboyda mal-qara minaya düşüb.

Referans.az  xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb.

Kənd sakininə məxsus xırdabuynuzlu mal-qara piyada əleyhinə minaya düşüb. Dominos pizza

Hadisə nəticəsində qoyunlardan ikisi tələf olub. Sakin xəsarət almayıb. Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır./Oxu.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki