image-qeza-1-1-900x498-1backend

Göyçayda AĞIR QƏZA – Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media  bildirir ki , hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Mercedes və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki