Hindistanın Assam ştatında aramsız yağan musson yağışlarının səbəb olduğu daşqın ağır nəticələrə yol açıb.
Referans Media xəbər verir ki, “The Times of India” nəşrinin Assam Ştatının Fəlakətlərin İdarə Edilməsi İdarəsinə istinadən yaydığı məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 85 nəfərə yüksəlib.
Daşqından 300 mindən çox sakin zərər çəkib. Sel suları 349 yaşayış məntəqəsini su altında qoyub, 15,4 min hektar kənd təsərrüfatı sahəsini yararsız vəziyyətə salıb.
Vəziyyətin ciddiliyi nəzərə alınaraq, xilasetmə əməliyyatlarına Hindistan ordusu və Hərbi Hava Qüvvələrinin bölmələri də cəlb edilib. Hazırda təhlükəli ərazilərdən insanların təxliyəsi və zərərçəkənlərə humanitar yardımın çatdırılması istiqamətində işlər davam etdirilir./Globalinfo.az
