Ələtdə dənizdə yeniyetmə batıb.
Referans Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Qaradağ rayonunun Ələt qəsəbəsində nəzarətsiz ərazidə 2011-ci il təvəllüdlü Həsən Əlihəsənovun dənizdə batdığı ehtimal edilir. Dalğıc-xilasedicilər hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirirlər.
Əlavə məlumat veriləcək.
