Ukrayna ilə bağlı bəd xəbər

NATO-nun qış mövsümünə qədər Ukrayna ilə “Patriot” hava hücumundan müdafiə sistemlərinin birgə istehsalı ilə bağlı yekun razılıq əldə edə bilməyəcəyi bildirilir.

Referans Media xəbər verir ki, bu barədə “İnterpress” nəşri məlumat yayıb. Belə ki, ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitakerin sözlərinə görə, alyans bu layihə üzrə yaxın müddətdə uzunmüddətli razılaşma imzalamağa hazır deyil.

Uitaker qeyd edib ki, “Patriot” sistemlərinin istehsalı ilə bağlı danışıqlar davam etsə də, prosesin mürəkkəbliyi səbəbindən qışa qədər yekun razılığın əldə olunması real görünmür./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki