Türkiyənin Büyükçekmece rayonunda torpaq sürüşməsi baş verib.
Referans Media Türkiyə mediasına istinadla xəbər verir ki, məlumata görə, hadisə ilə bağlı əraziyə çoxsaylı polis, təcili tibbi yardım, AFAD və yanğınsöndürmə briqadaları cəlb edilib.
Polis əməkdaşları təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerini mühasirəyə alıblar.
Torpaq altında insanların qalması ehtimalını nəzərə alan yanğınsöndürmə və axtarış-xilasetmə qrupları ərazidə həssas axtarış əməliyyatına başlayıblar.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir./Globalinfo.az
