Hörmüzlə bağlı kritik görüş: Qalib və Əraqçi bu ölkəyə gedir

İranın yüksəkvəzifəli rəsmiləri Omana səfərə hazırlaşırlar.

Referans Media xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Oman sultanı Heysəm bin Tariqlə görüş keçirmək üçün Maskata yollanacaqlar.

Görüş zamanı tərəflərin regional təhlükəsizlik məsələlərini, xüsusilə də Hörmüz boğazında vəziyyəti və bu strateji marşrut üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəkləri bildirilir.

Bundan əlavə, tərəflər arasında boğazda fəaliyyətlərin koordinasiyası, gəmiçilik təhlükəsizliyi və qarşılıqlı əlaqələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması gözlənilir./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki