İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

İsrail ordusu Livanın cənubunda tətbiq olunan döyüş qaydalarına dəyişiklik edib və hərbi əməliyyatlarla bağlı yeni məhdudiyyətlər müəyyənləşdirib.

Referans Media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Bildirilib ki, yeni təlimatlara əsasən, İsrail Müdafiə Qüvvələri bölgədə daha çox müdafiə xarakterli fəaliyyət modelinə keçəcək.

Bundan sonra hərbçilərə yalnız birbaşa təhlükə yarandığı hallarda və ya Baş Qərargahın xüsusi göstərişi ilə atəş açmağa icazə veriləcək.

Yenilənmiş qaydalar çərçivəsində əsgərlərin komandanlığın təsdiqi olmadan binaları dağıtması qadağan edilib. Həmçinin mülki şəxslər hərbi mövqelərə birbaşa təhlükə yaratmadıqları təqdirdə onlara atəş açılmasına icazə verilməyəcək.

Bildirilir ki, dəyişikliklər bölgədəki əməliyyatların idarə olunması və mülki itkilərin qarşısının alınması məqsədi daşıyır./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki