Nüvə silahı ilə bağlı xəbər yayıldı: İran təkzib etdi

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin ölkənin nüvə obyektlərinə və silahlarına girişinə icazə veriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.

Referans Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyinin yaydığı açıqlamada bildirilib. Məlumata görə, bu iddialar həqiqəti əks etdirmir və rəsmi Tehranın mövqeyi dəyişməz olaraq qalır.

Bəyanatda vurğulanıb ki, MAQATE nümayəndələrinin İranın nüvə obyektlərinə buraxılması ilə bağlı hər hansı yeni qərar və ya plan mövcud deyil. Həmçinin qeyd olunub ki, belə məlumatlar qüvvədə olan Anlaşma Memorandumunun müddəalarına uyğun gəlmir.

İran tərəfi bildirib ki, nüvə proqramı ilə bağlı bütün addımlar yalnız əvvəlcədən razılaşdırılmış hüquqi mexanizmlər çərçivəsində atıla bilər və ölkə bu prinsipə sadiq qalmağa davam edəcək./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki