Qətərdə fabrikdəki partlayış nəticəsində 12 Hindistan vətəndaşı ölüb

Qətərin Ras Laffan sənaye zonasında baş verən partlayış nəticəsində 12 Hindistan vətəndaşının ölüb.

Referans Media xəbər verir ki, bu barədə Dohadakı Hindistan səfirliyi məlumat yayıb.

"Qətər hakimiyyəti dünən gecə Ras Laffanda baş verən hadisədə 12 Hindistan vətəndaşının həyatını itirdiyini təsdiqləyib. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk", - deyə Hindistan diplomatik nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, iyunun 21-də Qətərin əsas mayeləşdirilmiş təbii qaz istehsalı müəssisələrinin yerləşdiyi Dohanın şimal-şərqindəki Ras Laffan sənaye zonasındakı zavodda partlayış baş verib. Nəticədə 13 nəfərin ölüb, 66 nəfərin yaralanıb.

Partlayışa səbəb kimi texniki nasazılığın olması göstərilir./Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki