İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib.
Referans Media xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Mərhum hərəkət məhdudiyyətli olub və həyatını təkərli oturacaqda keçirib.
