image-missiles-silhouettes-with-iran-flagbackend

 İran eyni anda 4 ölkəni VURDU

İran və ərəb mediasının yaydığı məlumatlara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt, BƏƏ, İraq və Səudiyyə Ərəbistanı ərazilərinə raket zərbələri endirib.

Referans Media  xəbər verir ki, hücumlar nəticəsində Küveyt hava limanında aviayanacaq çənlərinin yandığı bildirilir.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin (Dubay) və Səudiyyə Ərəbistanının mülki infrastruktur obyektlərində partlayışların baş verdiyi barədə məlumatlar daxil olur.

Paralel olaraq, İraqın Süleymaniyyə şəhərində yerləşən kürd birləşmələrinin mövqelərinə də zərbələr qeydə alınıb.

Hazırda itkilər və dəymiş maddi ziyanın miqyası barədə məlumatlar dəqiqləşdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki