image-iran-polisbackend

İranda polislərə “təslim olun” çağırışı – Üsyan?

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində polis avtomobilinə silahlı hücum olub.

Referans Media xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 1 polis əməkdaşı həlak olub, üçü isə yaralanıb.

Hücumun məsuliyyətini Xalq Müqavimət Cəbhəsi öz üzərinə götürüb.

Qurumun yaydığı bəyanatda həmçinin polis qüvvələrinə silahlarını yerə qoymaq tövsiyə olunub:

“Bu həlledici günlərdə sağ qalmaq və zərər görməmək üçün silahları yerə qoyun və xalqa təslim olun”.axar.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki