image-kadirovvvbackend

Kadırovun bu görüntüləri gündəm oldu – VİDEO

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov əlində əsa ilə ictimaiyyət qarşısına çıxıb.

Referans Media xəbər verir ki, o, Novıy Şaroy kəndində yeni hafiz məktəbinin açılışını qeyd edib və rəsmi Telegram kanalında tədbirin videosunu paylaşıb.

Kadırov bildirib ki, yeni məktəb respublikada on birinci məktəbdir və Əhməd-Hacı Kadırov adına Regional İctimai Fondun vəsaiti ilə tikilib.

Görüntülərdə Kadırovun əlində əsa tutduğu görünür, lakin onun gəzməkdə hər hansı çətinlik yaşadığını vizual olaraq müəyyən etmək mümkün deyil./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki