image-siqaret-1backend

Külli miqdarda siqaretin ölkəyə gətirilməsinin qarşısı alındı – VİDEO

Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda – 1 milyon 180 min ədəd siqaretin realizə edilməsinin qarşısı alınıb.

Bu barədə Referans Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd “Platinium Seven” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Külli miqdarda siqaretin ölkəyə gətirilməsinin qarşısı alındı - VİDEO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki