Masallıda hamilə qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

  Bir neçə gün öncə Masallı rayonunda hamilə qadın vəfat edib. Məlumata görə, Rayonun Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Abbasova hamiləliyi ilə əlaqədar Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib və orada ölüb.

Referans.az xəbər verir ki , məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qadın xəstəxanaya ölü halda gətirilib. 

MÖVZU İLƏ BAĞLI:

Masallıda hamilə qadın xəstəxanada dünyasını dəyişdi

“29.09.2025-ci il tarixində saat 07:00 radələrində 1993-cü il təvəllüdlü hamilə yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Hamilənin həkiməqədər ölüm faktı təsdiqlənib” – deyə məlumatda qeyd edilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki