"MasterChef"in qalibi evində ölü tapıldı - Foto

"MasterChef Türkiyə 2021" qalibi, aşpaz Eren Kaşıkçı İstanbulda yaşadığı evdə ölü tapılıb.

Referans Media Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə axşam saatlarında İstanbulun Sarıyer rayounun Kumköy məhəlləsində baş verib.

Məlumata görə, aşpaz Eren Kaşıkçının qohumları onunla əlaqə saxlaya bilməyiblər və polisə məlumat veriblər. Bundan sonra Kaşıkçının evinə polis və tibbi qruplar göndərilib. Tibb işçiləri Kaşıkçının vəfat etdiyini müəyyən ediblər.

Hadisə yerində aparılan araşdırmalardan sonra onun meyiti Məhkəmə Tibbi Ekspertizası İnstitutunun morquna aparılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Kilyosdakı evində vəfat edib.

Onun şübhəli ölümü ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.

Hadisənin təfərrüatları ilə bağlı istintaq davam edir./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki