Bütün region bundan əziyyət çəkir! – Ərdoğan sərt danışdı

Türkiyə Prezidenti İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatlar və siyasətin ağır nəticələrinin bütün Yaxın Şərqə təsir etdiyini bildirib.

Referans Media xəbər verir ki, Ərdoğan bu fikirləri sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı səsləndirib.

Türkiyə liderinin sözlərinə görə, İsrail Fələstin ərazilərində işğal siyasətini mərhələli şəkildə genişləndirir, əsas insan hüquqlarını və beynəlxalq hüququ pozur.

O qeyd edib ki, bu siyasətin nəticələri yalnız fələstinlilərə və ya Livana deyil, bütün region ölkələrinə mənfi təsir göstərir./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki