Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı

Misirin Aralıq dənizi sahilində yerləşən Dəmiyyəta limanında ABŞ-a məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin naməlum mənşəli pilotsuz uçuş aparatı ilə vurulduğu bildirilir.

Bu barədə “Reuters” agentliyi Britaniyanın dəniz təhlükəsizliyi şirkəti “Ambrey”ə istinadən məlumat yayıb.

Bundan əvvəl Misirin Al-Nahar qəzeti Dəmiyyəta limanı yaxınlığında bir neçə qazdaşıyan tanker və yük gəmisində yanğın baş verdiyini, hazırda dəyən ziyanın qiymətləndirildiyini xəbər verib.

Reuters-in məlumatına görə, hücum ABŞ-a məxsus qaz saxlama tankerinə qarşı həyata keçirilib.

Britaniyanın liman xidmətləri şirkəti isə insidentdən sonra iki tankerdə yanğın baş verdiyini bildirib.

Hadisənin səbəbləri və hücumu həyata keçirən tərəf barədə hələlik rəsmi məlumat verilməyib./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki