Oğuzda iki avtomobil toqquşdu, sürücülərdən biri öldü

Oğuz rayonunun Padar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media “Unikal”a istinadla xəbər verir ki, bu gün saat 8 radələrində “Mercedes” və “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 39 yaşlı Əbdülrəhim Məmmədəliyev hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki