Mingəçevirdə piyadanı maşın vurdu

Mingəçevirdə avtomobil piyadanı vurub. Hadisə Mingəçevir şəhəri ərazisində axşam saatlarında baş verib.

Referans Media  xəbər verir ki , Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, “Lada Priora” markalı avtomobil piyada, 2007-ci il təvəllüdlü Bəyim Sadıqzadəni vurub.

Xəsarət alan Mingəçevir şəhər sakini Mərkəzi xəstəxanaya çatdırılıb. Onun topuğun qapalı travması xəsarətini aldığı deyilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki