2013-cü ildə Fransadakı Meribel xizək mərkəzində xizəkləyərkən başına aldığı ağır zərbə nəticəsində felç olan və 13 ildir müalicə alan Formula 1 əfsanəsi Mixael Şumaxerdən sevindirici xəbər gəldi.
Referans Media xəbər verir ki, Daily Mail yazarı Jonathan Mkevoyun məlumatına görə, uzun müddət yatağa bağlı yaşayan Şumaxer artıq tamamilə yatağa bağlı deyil və tədricən müstəqil hərəkət edə bilir.
F1 əfsanəsinin irəliləyişi
Formula 1 tarixinin ən böyük pilotlarından biri hesab edilən Şumaxerin 12 il boyunca gizli saxlanılan sağlamlıq vəziyyəti ilə bağlı yeni xəbər ortaya çıxıb. Uzun illər yataqda müalicə alan alman çempion, yavaş amma sabit bir bərpa prosesi nəticəsində böyük irəliləyiş edib.
Əfsanəvi pilotun bu çətin dövrü, həyat yoldaşı Corinnanın sarsılmaz dəstəyi və həftəlik minlərlə funt sterlinqə başa gələn 24 saatlıq professional tibbi heyətin nəzarəti altında keçib. Şumaxer günlərini bəzən Mayorkadakı 30 milyon funtluq malikanəsində, bəzən də Cenevrə gölü sahilindəki 50 milyon funtluq iqamətgahında keçirir.
Təhlükəsiz və motivasiyalı mühit
Əlil aradasında olan Şumaxerin bu böyük mülklərin həyətində gəzdirilməsi və təmiz hava alması təmin edilir ki, bu da onun əhval-ruhiyyə və motivasiyasını qorumaq baxımından çox önəmlidir.
Ailə gizliliyi qorunur
Şumaxerin şəxsi həyatı, qəza günündən bəri ailəsi üçün ən qiymətli dəyər olaraq qalır. Maribel qəzasından sonra beynində yaranan ağır zədəyə baxmayaraq, pilot heç vaxt ictimaiyyət qarşısına çıxmayıb. Hətta keçən il keçmiş əməkdaşların onun çətin vəziyyətdəki şəkillərini satmağa cəhd etməsi nəticəsində həbs cəzası alması, ailənin gizliliyə verdiyi önəmi göstərir.
Eyni zamanda, keçən il qızı Ginanın toyunda iştirak edəcəyi ilə bağlı yayılan xəbərlər də sübutsuz çıxıb. Ailə, Şumaxerin məxfilik qalxanını heç vaxt endirməyib.
