image-whatsapp-image-2026-04-11-at-09-25-42backend

Narkotikin təsiri altında olan üç sürücü saxlanıldı – FOTOLAR

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər – İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə saxlanılıblar.

Referans Media bildirir ki, müayinə zamanı onların narkotik vasitə olan marixuana istifadə edərək nəqliyyat vasitəsi idarə etdikləri məlum olub. Sürücülər barəsində inzibati protokol tərtib edilib.

Bundan əlavə, Saatlı rayonunda polisi əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı avtomobili spirtli içkinin təsiri altında idarə edən daha 7 sürücü də müəyyən edilərək inzibati məsuliyyətə cəlb ediliblər.

WhatsApp Image 2026 04 11 at 09.25.43 2 WhatsApp Image 2026 04 11 at 09.25.43 1 WhatsApp Image 2026 04 11 at 09.25.43 WhatsApp Image 2026 04 11 at 09.25.42 1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki