Naxçıvanda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb – FOTO/VİDEO

  Naxçıvan-Sədərək magistralında ağır yol qəzası baş verib.

Referans.az  apa-ya istinadən xəbər verir ki, hadisə zamanı “Hyundai” markalı avtomobillə “Mercedes” toqquşub.

Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki