İndoneziyanın Sumatra adasında daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 604 nəfərə çatıb.
Referans Media xəbər verir ki, İndoneziyanın Milli Fəlakət İdarəetmə Agentliyi (BNPB) Sumatra adasında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayının 604-ə yüksəldiyini açıqlayıb. İtkin düşən 500-ə yaxın insanın axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
BNPB rəsmiləri bildiriblər ki, Şimali Sumatrada, xüsusilə Cənubi Tapanuli, Mərkəzi Tapanuli və Sibolqada əsas nəqliyyat yolları bağlı qalıb və ciddi dağıntı səbəbindən xilasetmə işləri yavaşlayıb.
