OpenAI 80 illik riyaziyyat problemini həll etdi

OpenAI süni intellekt texnologiyasının 80 illik riyazi problemi həll etdiyini açıqlayıb. Şirkətin yaratdığı model 1946-cı ildə macar riyaziyyatçısı Paul Erdős tərəfindən ortaya atılan “düzlemsel vahid məsafə problemi” ilə bağlı yeni nəticə əldə edib.

Problem müəyyən sayda nöqtə arasında eyni məsafədə neçə cüt nöqtənin yerləşə biləcəyini araşdırırdı. Uzun illər riyaziyyatçılar ən yaxşı həllərin kvadrat tor formasında olduğunu düşünürdü. OpenAI modeli isə bu yanaşmanı təkzib edən yeni düzülüş forması tapıb.

Şirkətin bildirdiyinə görə, süni intellekt problemi xüsusi riyazi sistemlə deyil, ümumi məntiq yürütmə modeli vasitəsilə həll edib.

Mütəxəssislər nəticələri təsdiqləyiblər. Riyaziyyatçı Thomas Bloom və Tim Gowers bunu süni intellekt sahəsində mühüm dönüş nöqtəsi adlandırıblar.

Alimlər hesab edir ki, bu uğur gələcəkdə süni intellektin elmi araşdırmalarda daha böyük rol oynayacağını göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki