Paytaxtda oteldə kişi meyiti tapıldı

Bakıda oteldə meyit tapılıb.

Referans Media lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən ooteldə qeydə alınıb.

Otelin otaqlarından birində Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Yusif Əbülfət oğlu Bayramovun meyiti aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki