İspaniyanın nəhəng klubu “Real Madrid”in 2026-2027 mövsümündə futbolçularına ödəyəcəyi həftəlik maaşlarla bağlı məlumatlar mediaya sızıb. Siyahıda komandanın əsas ulduzu Kilian Mbappe zirvədə qərarlaşıb. Türkiyə millisinin üzvü Arda Gülərin qazancı da diqqət çəkib.
Mbappe həftədə 600 min avro qazanır
Referans Media xəbər verir ki, sızdırıldığı bildirilən maaş siyahısına əsasən, “Real Madrid”də ən yüksək həftəlik gəlir Kilian Mbappeyə məxsusdur. Fransa millisinin hücumçusu həftədə 600 min avro qazanır. Mbappedən sonra Vinisius Junior 480 min avro, Cud Bellinqem isə 400 min avro həftəlik maaşla gəlir. Rodriqo, Trent Aleksander-Arnold, İbrahima Konate və Federiko Valverde isə həftədə 320 min avro qazanır.
Arda Gülərin həftəlik maaşı açıqlanıb
Siyahıda Arda Gülərin həftəlik qazancının 100 min avro olduğu göstərilib. Gənc futbolçu ötən müddətdə İspaniya mətbuatında yüksək maaşı ilə bağlı müzakirələrə səbəb olmuşdu. Buna baxmayaraq, yeni siyahıda Arda Güler komandanın ən yüksək maaş alan futbolçuları sırasında yer almayıb. Arda Güler həftəlik 100 min avro qazanc ilə siyahıda Raul Asensionun (120 min avro) arxasında qərarlaşıb.
“Real Madrid”də həftəlik maaşlar
Kilian Mbappe – 600 min avro
Vinisius Junior – 480 min avro
Cud Bellinqem – 400 min avro
Rodriqo – 320 min avro
Trent Aleksander-Arnold – 320 min avro
İbrahima Konate – 320 min avro
Federiko Valverde – 320 min avro
Bernardo Silva – 308 min avro
Tibo Kurtua – 288 min avro
Antonio Rüdiger – 280 min avro
Eder Militao – 280 min avro
Orelyen Tçuameni – 240 min avro
Eduardo Kamavinqa – 240 min avro
Ferlan Mendi – 200 min avro
Din Huysen – 180 min avro
Alvaro Karreras – 172 min avro
Franko Mastantuono – 140 min avro
Brahim Diaz – 140 min avro
Raul Asensio – 120 min avro
Arda Güler – 100 min avro
Andrey Lunin – 88 min avro
Endrik – 38 min avro
Qonsalo Qarsiya – 32 min avro
Fran Qonsales – 8 min avro
Qeyd edək ki, yayılan bu rəqəmlər mətbuatda yer alan məlumatlara əsaslanır və futbolçuların bonusları, reklam gəlirləri və digər ödənişlər daxil edilməklə yekun gəlirlərini əks etdirməyə bilər.
