“Fənərbaxça”nın baş məşqçisi İsmayıl Qartalın Marko Asensio ilə bağlı verdiyi açıqlamadan sonra etdiyi seçim diqqət çəkib.
Referans Media xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Fənərbaxça” Polşada “Qurnik Zabje”nin qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İstanbul təmsilçisi ilk oyunda 1:0 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə yüksəlib.
Qarşılaşmadan əvvəl İsmayıl Qartal Marko Asensio ilə aralarında problem olmadığını bildirərək, futbolçu haqqında səsləndirilən fikirlərə güldüyünü deyib.
Lakin təcrübəli mütəxəssisin oyunun ikinci hissəsi başlamamış Asensionu əvəzləməsi diqqət çəkib.
İspaniyalı ulduz ilk görüşdə də meydana start heyətində çıxmayıb. Cavab qarşılaşmasında isə fasilədən əvvəl oyundan çıxarılan ilk futbolçu olması “Qartal ilə Asensio arasında həqiqətən problem var?” sualını yenidən gündəmə gətirib.
İsmayıl Qartalın “Aramızda heç bir problem yoxdur. Deyilənlərə gülüb keçirəm” açıqlamasından qısa müddət sonra Asensionu əvəzləməsi sosial mediada və futbol ictimaiyyətində müxtəlif müzakirələrə səbəb olub.
Hazırda Qartalın bu qərarının taktiki səbəbdən, yoxsa başqa amillərlə bağlı olduğu məlum deyil.
