Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, “KIA” markalı minik avtomobili hərəkətdə olarkən qarlı hava şəraiti səbəbindən sürüşərək idarəetmədən çıxıb və qayadan aşıb.
Hadisə zamanı bir ailənin 3 üzvü – sürücü, onun həyat yoldaşı və azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.






















