Qasım Qaripoğlunun sürücüsü adları açıqladı – GÖRÜN KİMLƏR VAR

Narkotik istintaqı çərçivəsində axtarışda olan iş adamı Qasım Qaripoğlunun sürücüsü Ahmet Akçay etirafçı olub.

Referans Media xəbər verir ki, Sürücüsü, Qaripoğlunun İstanbulun Yeniköy səmtində yerləşən yalısında və yaxtasında mütəmadi olaraq narkotik məclisləri təşkil etdiyini bildirib.

İstintaqa verdiyi ifadədə Akçay qeyd edib ki, bu məclislər təxminən hər 15 gündə bir keçirilir, tədbirlərə tanınmış şəxslər və eskort qadınlar qatılırdı. Onun sözlərinə görə, məclislərdən sonra boşqablar içində narkotik maddələr və pul qalığı görüb.

Akçay, “Cio” ləqəbli bir şəxsin bütün məclislərdə iştirak etdiyini, həmçinin eskort qadınlara Qaripoğlunun göstərişi ilə bank köçürmələri etdiyini bildirib.

İstintaqla bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki