Qazaxda “Kamaz”la toqquşan avtomobilin sürücüsü həlak oldu

Qazax rayonunda qəza qəza baş verib.

Referans Media report-a istinadən xəbər verir ki, ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi Qazax-Əskipara avtomobil yolunda baş verib.

Minik maşınının “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində minik maşınında olan sürücü 1971-ci il təvəllüdlü Yuxarı Əskipara kənd sakini Məzahir İbrahimxəlilov hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki