image-iranbackend

Qərar bu axşam açıqlanacaq – Xameneini kim əvəzləyəcək?

İranın yeni Ali Rəhbərinin seçilməsi ilə bağlı qərar bu gün axşam saatlarında açıqlanacaq.

Referans Media xəbər verir ki, bu barədə Ekspertlər Məclisindən bildirilib.

Hazırda məclis üzvləri arasında qapalı səsvermə keçirilir və səsvermənin nəticələri rəsmiləşdirildikdən dərhal sonra ictimaiyyətə elan ediləcək.

Bu seçim İranın həm daxili sabitliyi, həm də regiondakı gərgin xarici siyasəti baxımından həlledici əhəmiyyət kəsb edir. Ekspertlər Məclisinin qərarı ilə hakimiyyətə gələcək yeni şəxs ölkənin ali hərbi komandanı olmaqla yanaşı, dövlətin bütün strateji məsələlərində son söz sahibi olacaq. Analitiklər bu seçimin ölkə tarixində yeni bir mərhələnin başlanğıcı ola biləcəyini vurğulayırlar.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə öldürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki