Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Volksvagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştitakçısı 28 yaşlı Rəfael Fərmanov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
Referans.az Bizim.Media-ya istinadən xəbər verir ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.
R.Fərmanovun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
