Rusiya Ukraynanı sülh təkliflərini qəbul etməyə çağırıb.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, Kiyev rəhbərliyi Moskvanın sülh təkliflərini qəbul etməlidir. Onun sözlərinə görə, bu addım uzunmüddətli sabitliyi təmin edə və tərəflər üçün faydalı ola bilər.
Narışkin Ukraynanın Pasxa bayramı ilə bağlı atəşkəs çağırışına da münasibət bildirərək qeyd edib ki, Kiyev bu kimi öhdəliklərə əməl etmədiyi üçün etibarını itirib.
O, həmçinin Rusiyanın Yaxın Şərqdəki vəziyyətlə bağlı bir sıra ölkələrlə məsləhətləşmələr apardığını və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrin davam etdiyini vurğulayıb.
