6 mart səhəri Soçidə 4,5 bal gücündə zəlzələ baş verib.
Referans Media xəbər verir ki,Mer Andrey Proşunin bu xəbəri özünün Telegram kanalında açıqlayıb.
Merin sözlərinə görə, kurortun infrastrukturuna ziyan dəyməyib. Vahid təcili yardım dispetçer xidmətinə nəticələrin aradan qaldırılması barədə heç bir məlumat daxil olmayıb. Proşunin əlavə edib ki, mütəxəssislər seysmik hadisə ilə bağlı təsdiq və yenilənmiş məlumatları gözləyirlər.























