Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford Tranzit” markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Şirzad Quliyev Şəmkir rayon mərkəzi xəstəxanasına aparlarkən yolda ölüb.Əraziyə Şəmkir rayon polis şöbəsinin DYP bölməsininn əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Referans Medianın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 21011” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə, minik maşını yol kənarındakı beton maneyə çırpılıb.
Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən xilasediciləri cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər xilasedicilər tərəfindən çıxarılıb.
Xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.






















