Şirvanda qəza: ölən var

  Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.

Referans APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

“VAZ 2107” markalı avtomobil Sabirabad rayonunun Yaxa Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Zeynəb Elçin qızı Qarayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki